Somalinin şimalında terrorçularla toqquşmalarda Afrika İttifaqının missiyasından on Burundi sülhməramlısı həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Burundi Silahlı Qüvvələrinin mətbuat katibi Floribert Bierek məlumat yayıb.
“Əş-Şəbabın ağır silahlı terrorçuları Afrika İttifaqının Somalidəki Keçid Missiyasının Burundi sülhməramlılarının saxladığı posta hücum ediblər. Şiddətli döyüş hər iki tərəfin itkiləri ilə nəticələndi”, - deyə Bierek bildirib.
O əlavə edib ki, döyüş zamanı 25 Burundi sülhməramlısı yaralanıb, 5-i isə itkin düşüb. Atışma zamanı 26 əş-Şəbab yaraqlısı öldürülüb.