ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynanın Ujqorod şəhərini ziyarət etdikdən sonra Beynəlxalq Analar Günündə ukraynalı analar və onların uşaqlarının yanında olmaq istədiyini söyləyib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb. Cill Bayden qeyd edib ki, son bir neçə ayda həddən artıq ukraynalı evlərini, yaxınlarını tərk etməli olub.
Həmçinin ABŞ-ın birinci xanımı nə üçün Rumıniya və Slovakiyadakı ukraynalı qaçqınlarla görüşlərlə məhdudlaşmadığını, təhlükəyə baxmayaraq, Ukraynaya getmək qərarına gəldiyini izah edib.
"Ümid edirəm ki, burada olmaqla onların gücü və möhkəmliyinin dünyaya nə qədər ilham verdiyini çatdıra və onlara tək olmadıqlarını xatırlada bilərəm", - Cill Bayden vurğulayıb.
xxx
17:41
ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden Ukraynaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Zakarpatye vilayət Şurası məlumatı təsdiqləyib.
Qeyd olunub ki, o, Ukraynanın Ujqorod şəhərinə səfər edib və Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşüb.
Bundan başqa, mediada Cill Baydenin olduğu iddia edilən kortejin videosu da yayılıb.
Səfər barədə rəsmi açıqlama verilməyib.
ABŞ prezidenti Cozef Baydenin həyat yoldaşı gizlin şəkildə Kiyevə gələrək Zelenskinin həyat yoldaşı ilə görüşüb. 🇺🇦🇺🇲
— Unikal Media Group (@UnikalOrgPortal) May 8, 2022
🔗Daha ətraflı: https://t.co/0xkjUMEG1y@FLOTUS #Ukraina #Russia #USA #War https://t.co/yDLuCtrA6U pic.twitter.com/Pzqm2blm54