"Ölkə rəhbərinin idarəçilik sistemi və fəlsəfəsi reallığa söykənən, ciddi effekt verən sistemdir. Bu, inkişafda olan bir yanaşmadır".
Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, cəmiyyət inkişaf etdikcə, idarəçilik sistemində dəyişikliklər, strukturların yenilənməsi, onun daha çevik və işlək olması qaçılmazdır.
"Bu baxımdan, dövlət başçısı idarəçilik sistemində həmin şərtlərə xüsusi diqqət yetirir. Azərbaycan dövlətçiliyinə ciddi töhfələr verən struktur dəyişiklikləri bundan sonra da aparılacaq".
Anar Kəlbiyev