Çempionlar Liqasının ümumi mərhələsinin ilk oyununda "Mançester Siti" "Napoli"ni məğlub edib.
"Unikal" xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.
Qolları Erlinq Haaland (56-cı dəqiqə) və Jeremi Doku (65-ci dəqiqə) vurub.
21-ci dəqiqədən etibarən, VAR-ın nəzərdən keçirilməsindən sonra hakim Feliks Zvayer, Haalanda qarşı kobud oyuna görə Covanni Di Lorenzoya qırmızı vərəqə göstərib. Bununla da "Napoli" azlıqda qalıb.
Qvardiolanın yetirmələri Çempionlar Liqasının növbəti oyununda oktyabrın 1-də səfərdə “Monako” ilə qarşılaşacaq. Həmin gün Antonio Kontenin rəhbərlik etdiyi “Napoli” “Sportinq Lissabon”un qonağı olacaq.
UEFA Çempionlar Liqası Liqa mərhələsinin 1-ci turunda digər oyunlar da yekunlaşıb:
"Brügge" (Belçika) - "Monako" (Fransa) 4:0
"Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya) 2:2
Ağarza Elçinoğlu