Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində vaxtilə onunla şəxsən görüşüb həmsöhbət olan keçmiş məcburi köçkünlərin müsahibələrindən ibarət videoçarx hazırlayıb.

"Unikal" xəbər verir ki, videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.