Ermənistanda müxalifət bu gün də iqtidar əleyhinə mitinq keçirir.
"Unikal" xəbər verir ki, İrəvanın müxtəlif yerlərində keçirilən aksiyalar zamanı 35 vətəndaş saxlanılıb.
Vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş əmələ, yəni polis əməkdaşının qanuni tələbini yerinə yetirmədiklərinə görə tutulublar.
Ağarza Elçinoğlu