Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar Respublika ərazisində olduğu kimi Qubadlı rayonunun bütün idarə, müəssisə və təşkilat, eyni zamanda yaşayış sahələrinin ərazisində də geniş miqyaslı abadlıq, iməclik və ağacəkmə aksiyaları həyata keçirilir. Belə ki, 10 may 2022-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının, eləcə də rayon Təhsil Şöbəsinin binasının qarşısındakı parkda 3000 ədəd müxtəlif növ gül kolları əkilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, və məktəb kollektivləri iştirak ediblər.
Ulu Öndərin doğum günü münasibətilə bu səpkili tədbirlərin bundan sonra da davam etməsi nəzərdə tutulur.