“Günay Bank” kollektivi Ulu Öndərin məzarını ziyarət edib.

"Unikal" xəbər verir ki,  “Günay Bank” rəhbərliyi və kollektivi Türk dünyasının dahi oğlu, Azərbaycanın müqəddəratı uğrunda misilsiz xidmətləri olan görkəmli siyasi xadim, dövlətçiliyimizin banisi, müstəqilliyimizin memarı Ümummilli Liderimiz, Ulu Öndər - Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət etmiş, onun əziz xatirəsini dərin hüznlə  anaraq məzarı önündə xatirə əklili qoyub.