İspaniyada aqressiv ruslar Ukrayna bayrağı ilə müharibəni dayandırmağa çağıran şəxsə hücum ediblər.
"Unikal" xəbər verir ki, ukraynalı İspaniyadakı ticarət mərkəzlərindən birinin yaxınlığında tək etiraz aksiyası keçirib. O, özü ilə müharibəni dayandır ("Stop the war") yazısı olan Ukrayna bayrağını gətirib.
Lakin iki kişi dərhal adamın yanına qaçaraq, onun əlindən bayrağı qoparmağa çalışıblar. Arxada daha bir neçə nəfər qaçaraq ukraynalını mühasirəyə alıblar.
Videonun müəllifi qeyd edir ki, hücum edənlər ruslardır.
Qeyd edək ki, daha əvvəl Madriddə “Ölməz alay” aksiyasına plakatla çıxan ukraynalı qadın saxlanılıb.
Aynurə Xudaverdiyeva