"Nə? Harada? Nə vaxt?" televiziya oyununun iştirakçısı, jurnalist Rövşən Əsgərov Rusiya Daxili İşlər Nazirliyinin onun axtarışa verilməsi ilə bağlı qərarına cavab verib.
"Unikal"ın xarici KİV-ə istinadən xəbər verir ki, Əsgərovun sözlərinə görə, bu xəbər onun üçün sürpriz olmayıb.
"Uzun müddətdir ki, Rusiyada deyiləm. Ümid edirəm ki, indi olduğum yerdə hamı sağlam düşüncəni qoruyur", - o, "Podyem"ə açıqlama verib.
xxx
11:52
"Nə? Harada? Nə vaxt?" televiziya oyununun üzvü, jurnalist Rövşən Əsgərov Rusiyada cinayət maddəsi ilə axtarışa verilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış şöbəsi məlumat verib.
"1972-ci il təvəllüdlü Rövşən Əsgərov Cinayət Məcəlləsinin adı çəkiləməyən maddəsi ilə axtarışa verilib", - məlumatda deyilir.
Qeyd edək ki, R.Əsgərov artıq bir neçə ildir ki, Rusiyanı tərk edib.
Ağarza Elçinoğlu