İlon Mask deyir ki, əgər onun "Twitter"-i almaq təklifi uğurlu olarsa, o, Donald Trampın platformadan qadağasını ləğv edəcək.
"Unikal" "BBC"-yə istinadən xəbər verir ki, dünyanın ən zəngin adamı Mask keçən ay "Twitter" idarə heyəti ilə 44 milyard dollarlıq (34,5 milyard funt sterlinq) satınalma təklifi ilə razılaşıb.
Mask "Financial Times Future of Car" sammitinə müsahibəsində deyib ki, "Twitter"-in ABŞ-ın keçmiş Prezidentini qadağan etmək qərarı "səhv və axmaqlıqdır".
O, qadağanın Trump-ı susdurmadığını, lakin onu özünün "Truth Social" saytına köçürməklə onun ifrat sağçılar arasında səsini gücləndirdiyini söyləyib.
O, qeyd edib ki, Tramp əvvəllər hesabını bərpa etsə belə, daha "Twitter"-ə qayıtmayacağını bildirib.
Aynurə Xudaverdiyeva