"Rusiya Prezidenti Putinin mayın 9-da Moskvada keçirilən parad zamanı davranışı onun hazırda hansı vəziyyətdə olduğunu bir çox cəhətdən göstərib".

"Unikal" xəbər verir ki, psixoloq Valentin Kimin sözlərinə görə, Putinin yerişi xüsusi diqqət çəkib. Ekspert bunu "Radio NV"-nin efirində deyib:

"Mütəxəssislər tez-tez bu yürüş tərzinə fikir verirlər və bu il həmkarlarım və mən Putinin artıq qoca yerişinin özəlliyi ilə səciyyələndiyini gördük. Yəni o, daha çox yellənir, hərəkətində bəzi problemlər göstərməyə başlayır. Sağ əlində problem var. Onun enerjisi yoxdur - bir milləti idarə etmək, onu harasa aparmaq, hansısa qələbələrə çatdırmaq üçün lazım olan enerjinin özü”, - deyə Kim qeyd edib.

O, bəyan edib ki, paradda hamı bu il 70 yaşı tamam olacaq Putini görüb – “energetik vəziyyətdə deyil, qoca adam”.

Aynurə Xudaverdiyeva