"Keçmiş kansler Angela Merkel heç vaxt Rusiya prezidenti Vladimir Putinə etibar etməyib".
"Unikal" xəbər verir ki, bunu Almaniya Bundestaqın deputatı Tomas Haylman müsahibəsində bildirib.
"Merkellə danışdım. Mən onu 20 ildir tanıyıram. Və o, həmişə deyirdi ki, Putin yalan danışır. Ona görə də o, heç vaxt Putinə etibar etməyib. O, təkbətək söhbət zamanı şəxsən mənə dedi ki, Putinə etibar etmirəm. Ona görə də Putinin yalançı olmasına təəccüblənmirik, - Haylman deyib.
Siyasətçi Almaniyanın Rusiyaya güvənmədiyini də vurğulayıb. Lakin bəzən siyasi arenada hələ də ölkələrin iqtisadi maraqları üstünlük təşkil edir.
Onun sözlərinə görə, Ukraynaya qarşı müharibə "Rusiyanın iqtisadi intiharıdır". Bu, Rusiyanı 30-40 il geri qaytaracaq: "İqtisadi tənəzzül inanılmaz olacaq və daha da güclənəcək. Biz artıq nə qədər insanın Rusiyanı tərk etdiyini, nə qədər əlaqələrin kəsildiyini və sairələri görürük".
Ağarza Elçinoğlu