Bu ilin yazında dünyasını dəyişən rusiyalı deputat Vladimir Jirinovskinin adı Xersonun küçələrindən birinə verilə bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Xersonda küçələrin adının dəyişdirilməsi ilə bağlı belə planlar var.
Bildirilib ki, Rusiyanın işğaldan sonra Xerson vilayətinə təyin etdiyi "hakimiyyət" bölgənin Rusiyanın tərkibinə daxil edilməsi xahişi ilə Rusiya Federasiyasının rəhbəri Vladimir Putinə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, Rusiya sözügedən vilayətdə özlərinə məxsus struktur yaradıb. Rusiya radio və televiziyaları, həmçinin rubl fəaliyyət göstərir.
Ağarza Elçinoğlu