Türkiyənin Osmaniyə şəhərində yük maşını aşıb.
"Unikal" xəbər verir ki, Şanlıurfadan Çanaqqalaya fəhlələri daşıyan yük maşını qəza törədib. Hadisə nəticəsində 15 nəfər yaralanıb.
Bildirilir ki, yaralananlardan 6-sı uşaqdır, 5 nəfərin vəziyyəti ağırdır.