Polşanın Moskvadakı səfiri Kşişitof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" "RİA Novosti"-yə istinadən xəbər verir ki, səfir 20 dəqiqə nazirliyin binasında olub. O, jurnalistlərin suallarına cavab yerinə əl yelləyib.
Əlavə məlumat üçün qeyd edək ki, ondan əvvəl ABŞ-ın Moskvadakı səfiri Con Salllivan Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. O da nazirlyin binasında 20 dəqiqə olub.
Lakin amerikalı diplomat jurnalistlərin suallarına cavab verməyib.
Aynurə Xudaverdiyeva