Ukrayna ordusu Xarkovda daha bir yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Xarkov vilayətinin Pitomnik qəsəbəsi ruslardan təmizlənib.
Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın artıq müdafiə mövqeyinə keçdiyini bəyan edib.