Dünya Bankının prezidenti Devid Malpas koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, COVID-19 testi müsbət çıxan 66 yaşlı Malpasda virusun yüngül simptomları müşahidə edilir.
Hazırda Dünya Bankının prezidenti evdən işləyir.
Qeyd olunub ki, o tam peyvənd olunub.