Almaniyada Almaniya, ABŞ, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin Xarici İşlər Nazirlərinin Toplantısı başlayıb.
"Unikal" xəbər verir ki, G7-yə sədrlik edən Almaniyanın xarici işlər naziri Annalena Baerbok, görüşün keçirildiyi Şlezviq-Holşteyn əyalətinin Vanqels şəhərində verdiyi açıqlamada, Rusiyanın müharibə apardığı Ukraynaya necə dəstək ola biləcəklərini müzakirə etdiklərini söyləyib.
Almaniyada keçirilən bu G7 Xarici İşlər Nazirləri toplantısının daha böyük ölçüyə və strateji əhəmiyyətə malik olduğunu vurğulayan Baerbok, “Beynəlxalq hüququ pozan bu dəhşətli müharibə təkcə bütün Avropa üçün dərin böhran deyil, artıq qlobal böhrandır.Bu, əməkdaşlığa, beynəlxalq nizama qarşı müharibədir”, - deyə ifadə edib.
Baerbok qeyd edib ki, bu səbəbdən G7-nin bu görüşü kontekstində dünya üzrə tərəfdaşlar dəstəklənməlidir.