Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Putinlə görüşə hazır olduğunu bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə İtaliyanın “Rai” dövlət televiziyasına danışıb.
Rusiya prezidenti Putinlə görüşməyə hazır olduğuna işarə edən Zelenski , “Razılığa gəlməliyik” deyərək, mümkün görüşdə heç bir ilkin şərtin qoyulmaması lazım olduğunu vurğulayıb.
Zelenski 2014-cü ildə Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna ərazisi olan Krım məsələsinə də toxunub.
"Ukrayna heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq", - deyə Zelenski bildirib.
Rusiyanın Ukraynanın qonşusu olduğuna diqqət çəkən Vladimir Zelenski, “Rusiyanın gələcəyini düşünməliyik, gələcəkdə başqa dövlət başçıları və yeni nəsillər də olacaq”, - deyib.
Gülayə Mecid