Rusiyada keçmiş polis kapitanı David Museliani beynəlxalq axtarışa verilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Arktika limanlarında dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Bundan əlavə Rusiyada Museliani ilə birlikdə çalşıan hüquq-mühafizə orqanlarının daha dörd yüksək rütbəli əməkdaşı da mənimsəməkdə ittiham olunur. Onları 5 ilə qədər həbs gözləyir.
Bildirək ki, David Museliani Putinin məşuqəsi olduğu iddia edilən Alina Kabayevanın keçmiş sevgilisi olub.
Gülayə Mecid