Yevlax rayonunda şəhid atası döyülüb.
"Unikal"ın məlumatına görə, hadisə Xanabad kəndində baş verib.
Belə ki, Vətən müharibəsi şəhidi İntiqam İsmayılovun atası İlqar İsmayılov kənd yaxınlığında məskunlaşmış Kəlbəcər rayon sakinləri tərəfindən döyülərək xəstəxanalıq edilib.
Həmçinin, şəhid atasına məxsus kiçik həcmli qayıq sındırılaraq yararsız hala salınıb. Münaqişənin əsl səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov