Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi qaydası dəyişib.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilməyəcək.