Ukrayna uğrunda döyüş bu dövrün gələcəyini həll edəcək. Ona görə də Rusiya lideri Vladimir Putin təcrid olunmalı, “rus dünyası” ideologiyası aradan qaldırılmalıdır.
"Unikal" xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Varşavada Polşa Beynəlxalq Münasibətlər İnstitutunda (PISM) “Strateji gəmi” konfransında çıxışı zamanı deyib.
Moravetski vurğulayıb ki, Buça və ya Mariupolda dinc əhalinin faciəsi və Ukraynada baş verən son hadisələr hamını süst yuxusundan oyatmalı və keçmiş yanlış təsəvvürləri rədd etməlidir.
Gülayə Mecid