Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə FHN əməkdaşları cəlb edilib, qısa müddət ərzində yanğın söndürülüb:
"İlkin məlumata görə, hadisə zamanı 15-16 kvadartmet ərazi yanıb. Əlavə məlumat veriləcək".