Braziliyanın Rio-de-Janeyro şəhərinin şimalında yerləşən Vila Kruzeyro gecəqondu (favela) polisinin narkotik şəbəkəsinin liderini tutmaq üçün təşkil etdiyi əməliyyatda dəstə üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik qüvvələri əməliyyatın Rio-de-Janeyro şəhərindəki ən böyük cinayətkar dəstənin lideri Komando Vermelyonun ərazidə gizləndiyinə dair kəşfiyyat məlumatı aldıqdan sonra başladığını bildirib.
Yerli saatla saat 04:00 radələrində başlayan əməliyyatda polis qrupları hava dəstəyi ilə bölgəyə basqın edib. Dəstə üzvlərinin təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində qarşıdurma baş verib və rayon sakinləri böyük panika yaşayıb.
Braziliya Hərbi Polisindən verilən açıqlamada qarşıdurmalarda 21 nəfərin həyatını itirdiyi, həyatını itirənlərdən 11 nəfərin isə dəstə üzvü olduğu müəyyən edilib. Həyatını itirən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi işlərinin davam etdiyi bildirilib.
Əməliyyat səbəbilə bölgədə bir çox məntəqə giriş-çıxışa bağlanarkən, 13 məktəbdə təhsil dayandırılıb. Polis qrupları indiyədək dəstə üzvlərinə məxsus çoxlu uzun lüləli silah, tapança, qumbara, motosiklet, avtomobil və bəzi narkotik maddələri müsadirə edib.
Gülayə Mecid