Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***23:35 (01.08.2025)
Baş Şirvan kollektorunda iki nəfər boğulub.
"Unikal"ın məlumatına görə, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc- xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.