Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin 14 vilayətini əhatə edən növbəti antiterror əməliyyatı barədə məlumat verib.
"Unikal" xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 26 nəfəri saxlayıb.
Nazirin sözlərinə görə, əməliyyat Ankara, Kahramanmaraş, Mersin, Adana, İstanbul və Kayseri vilayətlərini əhatə edib. Şübhəlilər sosial şəbəkələrdə qadağan olunmuş təşkilatların ideyalarını təbliğ etməkdə və terrorçuluğu maliyyələşdirməkdə ittiham olunurlar.