"Dünyanın hər yerindən 50-yə yaxın müdafiə lideri bazar ertəsi görüşərək Ukraynaya daha təkmil silahlar, o cümlədən sahillərini qorumaq üçün Harpun buraxılış qurğusu və raketlər göndərmək barədə razılığa gəliblər".
"Unikal" xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley deyib ki, ABŞ-ın Ukrayna qüvvələrinin təliminə necə düzəliş etməli ola biləcəyi və bəzi ABŞ qoşunlarının Ukraynada yerləşib-yerləşməyəcəyi ilə bağlı müzakirələr gedir.
"ABŞ müharibədən əvvəl Ukraynadan əsgərlərini çıxarıb və döyüş qüvvələri göndərmək niyyətində deyil",-deyə Milley bildirib.
Qeyd edək ki, ABŞ-ın Kiyevdəki səfirliyi qismən açılıb və ABŞ-ın səfirliyindəki işçiləri qorumaq üçün dəniz piyadalarının təhlükəsizlik qüvvələrini geri göndərib-göndərməyəcəyi və ya başqa variantların nəzərdən keçirilməsi ilə bağlı suallar yaranıb.
Aynurə Xudaverdiyeva