Ukraynada müharibənin yaratdığı və ya şiddətləndirdiyi ərzaq, yanacaq və maliyyə böhranları daha kasıb ölkələrdə iğtişaşlara səbəb olmaq və 70-dən çox ölkənin defoltuna səbəb olmaq təhlükəsi yaradır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda BMT İnkişaf Proqramının administratoru Acim Ştayner deyib.
"Biz böhranın miqyasına uyğun cavab vermək üçün əlimizdən gələni edirik. Bir çox inkişaf etməkdə olan iqtisadiyyatların sadəcə olaraq pulu qalmayıb", - Ştayner bildirib.
Onun sözlərinə görə, yüksək inflyasiya və faiz dərəcələri 70-dən çox ölkədə defolta səbəb ola bilər. Bundan əvvəl kütləvi etirazlar fonunda Şri-Lanka artıq defolt elan edib.
Gülayə Mecid