Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın işinə məşvərətçi yardım etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz bunu dəfələrlə demişik. Rusiya postsovet məkanında sərhədlərin delimitasiyası, sərhədyanı mübahisələrin nizamlanması sahəsində unikal ekspert potensialına malikdir. Əlbəttə ki, bizim sərəncamımızda lazımi kartoqrafik materiallar var. Öz təcrübəmizi erməni və azərbaycanlı dostlarımızla komissiyanın fəaliyyəti çərçivəsində bölüşməyə şad olacağıq. Bildiyiniz kimi, məşvərətçi yardım göstərmək üçün Rusiyanın ekspert komandası artıq formalaşdırılıb”, - Rusiya XİN sözçüsü qeyd edib.