İşğalçılar Ukraynanın Mariupol sakinlərinə qondarma “DXR”in aralıq vətəndaşlığını almadan Rusiya pasportları verirlər.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib ki, Rusiya liman şəhərinin faktiki ilhaqına başlayıb.
Xüsusilə, bu gündən etibarən Mariupol sakinləri qondarma "DXR"in aralıq vətəndaşlığını almadan Rusiya vətəndaşlığını ala bilərlər", - Andryuşşenko açıqlamasında bildirib.
Andryuşşenko xatırladıb ki, əvvəllər işğal olunmuş ərazilərin sakinləri yalnız "DXR" pasportuna malik olduqda tez bir zamanda Rusiya vətəndaşlığını almaq imkanına malik idilər. İndi Donetsk vilayətində qeydiyyatda olan bütün vətəndaşlar sürətləndirilmiş prosedura əsasən ikibaşlı qartallı pasport ala bilərlər.
Ramil Zeynallı