Bu gün İsveç və Finlandiya nümayəndə heyətləri Ankaraya səfər edib və Türkiyə rəsmiləri ilə NATO-ya üzvlük prosesini müzakirə ediblər.
"Unikal" xəbər verir ki, Prezident Sarayında keçirilən görüş 5 saat davam edib.
Görüşdən sonra Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın müzakirələr zamanı heç bir razılığın əldə olunmadığını və danışıqlar üzrə yol xəritəsinin razılşadırılmadığını bildirib.
“Danışıqlar zamanı PKK, YPG və PYD arasında heç bir fərqin olmadığını, onların terror təşkilatı olduğunu dilə gətirdik. Türkiyə hər iki tərəfə öz tələblərini irəli sürüb və cavab gözləyir. Biz çox açıq şəkildə bildirdik ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqları müəyyən bir vaxtdan sonra qarşılanmazsa, bu ölkələrin NATO-ya üzvlük məsələsi irəli getməyəcək", - deyə Kalın qeyd edib.