Yeni Kaledoniya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
"Unikal" ABŞ Geoloji xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tadin yaşayış məntəqəsindən 453 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.