Rusiya Qərbin "siyasi motivli məhdudiyyətlərinin" aradan qaldırılması müqabilində qlobal ərzaq böhranı ilə mübarizəyə kömək etməyə hazırdır.
"Unikal"ın "Forbes"ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin İtaliyanın Baş naziri ilə telefon danışığı zamanı deyib.
Rusiya lideri böhranı kəskinləşdirməkdə qərb ölkələrinin maliyyə siyasətini və onların Rusiyaya qarşı sanksiyalarını günahlandırıb: "Rusiya qlobal ərzaq böhranı ilə mübarizə çərçivəsində taxıl və gübrə ixracını artırmağa hazırdır - lakin Qərb ölkələrinin "siyasi motivli məhdudiyyətlər"i götürüldükdə".
Ağarza Elçinoğlu