"ABŞ İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün quru qüvvələrinin əlavə edilməsini tələb etməyəcək".
"Unikal" xəbər verir ki, bu sözləri ABŞ generalı Kristofer Kavoli cümə axşamı senatorlara bildirib.
Kavoli hərbi təlimlər və ara-sıra Amerika qoşunlarının rotasiyalarının artacağını da deyib.
Hazırda ABŞ-ın Avropa və Afrika ordusunun rəhbəri vəzifəsini icra edən Kavoli "Artıq NATO qüvvələrinin ağırlıq mərkəzi şərqə doğru dəyişdi",- deyə məlumat verib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəsən sonra Avropada 80.000-dən az olan ABŞ əsgərlərinin sayı təxminən 102.000-ə qədər artıb.
Lakin Kovali artımın Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün atdıqları son addımlarla heç bir əlaqəsi olmadığını söyləyib.
Aynurə Xudaverdiyeva