Rusiya bu il bloku qaz tədarükünü kəsmək qərarına gəlsə, Avropa İttifaqı fəaliyyət planı hazırlayır , çünki “hər hansı dövlət növbəti ola bilər”.
"Unikal" xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson "Financial Times"a müsahibəsində bildirib .
Onun sözlərinə görə, Aİ indi mümkün qədər çox qaz vurmağa çalışır:
"Aİ bu il Rusiyanın tədarükünün üçdə ikisini əvəz edə biləcək, lakin daha çox iş görülməli olacaq", - deyə Simson bildirib.
Avropa Komissiyası tərəfindən hazırlanan plan sənayenin qaz təchizatını məhdudlaşdıran tədbirləri ehtiva edir və bu zaman ev təsərrüfatlarından yan keçir.
Qeyd edək ki, bundan əvvəl Rusiya qazının pulunu rublla ödəməkdən imtina etdiyi üçün işğalçı dövlət Polşa, Bolqarıstan və Finlandiyaya qaz nəqlini dayandırmışdı.
Aynurə Xudaverdiyeva