NATO-nun keçmiş generalı Hans-Lotar Domrese Rusiya ordusunun Donbassda daha da irəliləyişini gözləyir.
"Unikal" xəbər verir ki, bu haqda Domrese "MDR AKTUELL"ə bildirib.
"Rusiya silahlı qüvvələrinin say baxımından Ukraynadan üstündür. Ukraynalılar ən yaxşı halda hücumu gecikdirə bilərdilər, amma dayandıra bilmirlər. Əsgərlərinin sağ qalması üçün ukraynalılar geri çəkilməli olacaqlar", - deyə təqaüddə olan hərbçi deyib.
Onun proqnozlarına görə, təxminən altı aydan sonra ölkədə daha çox Qərb silah sistemləri olacaq və Ukrayna əsgərləri onlardan istifadə üsullarına daha yaxşı öyrədiləcək.
Aynurə Xudaverdiyeva