"Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov AFFA tərəfindən sərt cəzalandırılıb.
"Unikal" xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
Mütəxəssis Əvəzedicilər liqasının 12-ci turunda “Səbail-2” ilə oyunun 90+3-cü dəqiqəsində hakimi təhqir edib.
O, bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi isə məşqçini 5 oyunluq cəzalandırıb.
Həmçinin “Kəpəz-2” 400 manat cərimə edilib.