Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Həqiqətən də nazirin təmasları planlaşdırılır", - Peskov qeyd edib. O, tarixin Xarici İşlər Nazirliyi tərəfindən açıqlanacağını deyib.
Onu da deyək ki, Lavrovun iyunun 8-də Türkiyəyə gedəcəyi bildirilir.
Ağarza Elçinoğlu