Ukraynanın Müdafiə naziri Aleksiy Reznikov avtomobilini ukraynalı hərbçilərə təhvil verib.
"Unikal" xəbər verir ki, Ukrayna KİV-ləri məlumat yayıb.
"Bacalar 80 km/saatdan çox sürətlə marşrutun ən çətin hissələrini asanlıqla qət edən yüksək sürətli avtomobillərdir. Belə maşınlara Silahlı Qüvvələr, o cümlədən Xüsusi Əməliyyat Qüvvələri arasında tələbat var", - məlumatda deyilir.
Qeyd olunur ki, məhz bu avtomobildə Reznikov qızıl medal qazanıb və 2013-cü ildə yolsuzluq üzrə Ukrayna çempionu olub.
Məlumatda bildirilir ki, maşını əsgərlərə təhvil verməzdən əvvəl Reznikov şəxsən çətin şəraitdə sınaq yürüşü keçirib.
Gülayə Mecid