"Polşa iyulun 1-dən Ukraynadan olan qaçqınlara yardım verməyi dayandıracaq".
"Unikal" xəbər verir ki, bunu Polşa daxili işlər naziri və adminstrasiyanın müavini Paverl Şefernaker bildirib.
Onun sözlərinə görə, hazırda ukraynalı qaçqınlara sutkalıq 40 zlot (9,5 dollar) məbləğində yardım verilir. O, qeyd edib ki, fevralın 24-dən sonra Ukraynadan Polşaya gələn hamilələr və ya çoxuşaqlı qadınlara, əlillərə bu yardım hələlik ödəniləcək.
Qeyd edək ki, Ukraynadan Polşaya 3,57 milyon ukraynalı köç edib. Onların 2 milyonu məhz Polşada qalmaq istəyir. Xatırladaq ki, ukraynalı qaçqınların Polşada işləməsi üçün də icazə verilib.