Suriyanın şərqində Deyr əz-Zor əyalətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, silahlı hücum vilayətin cənubundakı Əş-Şula bölgəsində həyata keçirilib. Ölən və yaralananlar mülki şəxslərdir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Yaralılara lazımi tibbi yardım göstərilir.