Ukrayna Qərbin təsiri altında Rusiya Federasiyası ilə danışıqlarda real mövqelərdən uzaqlaşıb və dialoqu dayandırıb ki, bu da münaqişənin diplomatik yolla həlli şanslarının azalmasına gətirib çıxarır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Şanslar təəssüf ki, yaxşılaşmır, əksinə daha da pisləşir", - deyə o, "Əl-Cəzirə" telekanalına müsahibəsində vəziyyətin siyasi həlli perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.
Medvedev əlavə edib ki, Kiyevin Vaşinqton və Brüsseldən eşitdiyi çağırışların təsiri altında danışıqları dayandırması onların suverenliyinə təhlükə yaradacaq: "Təəssüf ki, bu həm insan tələfatı, həm də dağıntılarla bağlıdır və son nəticədə Ukrayna baş verənlər nəticəsində əlavə ərazilərini itirə bilər. Son nəticədə bu, Ukraynanı təhdid edir - razılaşmaqdan imtina milli suverenliyin itirilməsi deməkdir".
Ağarza Elçinoğlu