Moskvanın mərkəzində, Komsomolski prospektində naməlum şəxs 62 yaşlı erməni iş adamı Ohannes Kamaryanı güllələyib.

"Unikal"
Rusiya mediasına istinadən xəbər verir ki, iş adamı arxadan güllələnib.

Hadisə baş verərkən onun yanında bir qız olub. Silahlı şəxs Kamaryanı əvvəlcə kürəyindən, sonra isə başından vurub.

O, yerə yıxılan biznesmenin şəklini də çəkib və hadisə yerindən qaçıb.

Aynurə Xudaverdiyeva