Çin prezidenti Si Cinpin ən yaxın müşavirlərinə Qərbin sanksiyalarını pozmadan Rusiyaya maliyyə yardımı etməyin yollarını tapmağı tapşırıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post"un Çin rəsmilərinə istinadən verdiyi məlumatda qeyd olunub.
Çin rəhbərliyinin Qərbin sanksiyalarına xələl gətirmədən Rusiyaya yardımı genişləndirmək istədiyini bildiriblər və onun görəcəyi işlərə məhdudiyyətlər qoyublar. Çin rəsmiləri həmçinin bildiriblər ki, ÇXR-in ali rəhbərliyi Belarusla yeni investisiya və ticarətə çağırıb və bu da sanksiyalara məruz qalıb.
Qəzetin mənbələrinə görə, Moskva ən azı iki dəfə "İqtisadi dəstəyin yeni formalarını təklif etmək üçün Pekinə təzyiq göstərib". Çin rəsmisi Rusiya və Çin arasında son məsləhətləşmələri "gərgin" adlandırıb.
Ağarza Elçinoğlu