Kremlə bağlı 20-dən çox iş adamı, siyasətçi və başqaları Ukraynaya müdaxilədən sonra tətbiq edilən sanksiyalara görə Aİ Şurasını məhkəməyə verib.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Sanksiyalardan qaçmağa çalışanlar arasında Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrindən faydalandığı üçün mart ayında sanksiyaya məruz qalan “Çelsi”nin keçmiş sahibi Roman Abramoviç də var.
Rəsmi sənədlərə görə, şikayətlər Aİ Baş Məhkəməsinə verilib. Nəşr Putinin müttəfiqlərindən yeni şikayətlərin olacağını proqnozlaşdırır, çünki Aİ 1100-dən çox insan və 80-dən çox şirkət və təşkilatın aktivlərini dondurub və səyahətə qadağa qoyub.
Xatırladaq ki, Avropa İttifaqı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Sanksiyalar paketi, xüsusən, boru kəmərləri ilə ixracı qoruyub saxlamaqla Rusiya neftinin dəniz yolu ilə ixracına qadağa daxildir.
Gülayə Mecid