Moskvada yanğın baş verdiyi “Grand Setun Plaza” biznes mərkəzindən 120 nəfər xilas edilib. 

"Unikal" xəbər verir  ki, bu  barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb.  

Nazirlikdən bildirilib ki, yanğına səbəb binanın fasad örtüyünün altında qısaqapanmanın baş verməsidir.

***11:31

Moskvada Qorbunova küçəsində yerləşən “Grand Setun Plaza” biznes mərkəzi yanıb.

"Unikal" xəbər verir ki, bu barədə teleaparıcı Kseniya Sobçak "Telegram"da video yayımlayıb.

İlkin məlumata görə, yanğın binanın dörd mərtəbəsini əhatə edib.

"Ölən və  yaralananlar barədə hələ ki, məlumat yoxdur. Xilasedici qüvvələr əraziyə sövq edilib", - deyə o paylaşımında deyib. 

Gülayə  Mecid