Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti"nin məlumatında deyilir.
Qeyd olunub ki, yeni sanksiyalara bunlar daxildir:
— Aİ ölkələrinin altı ay ərzində Rusiyadan neft idxalından, neft məhsulları səkkiz ay müddətində imtina etməsi;
— Boru kəməri ilə tədarüklər üçün müvəqqəti istisna olmaqla, Rusiyadan dəniz yolu ilə daşınan neftin mərhələli şəkildə dayandırılması;
—Sberbank, Rosselxozbank və Moskva Kredit Bankının SWIFT-dən ayrılması;
— Rusiya RTR/RTR Planet, Russia 24, TV Center-International telekanallarının Avropada yayımına qadağa;
Ağarza Elçinoğlu