"Biz yenidən danışıqlar masasına qayıtmağa hazırıq, biz sülhün tərəfdarıyıq".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar deyib.
"Ukrayna öz müstəqilliyinin və suverenliyinin qorunması üçün mübarizə aparır. Ukrayna Qərbi Rusiyanın hücumundan qoruyur. Bizim əsas tələbimiz Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasıdır”, - deyə o bildirib.